• $
  • €
  • ₽
  • ₺
  • £

Əmanətçilərə 712 milyon manat kompensasiya verildi - Azərbaycanda

Əmanətçilərə 712 milyon manat kompensasiya verildi - Azərbaycanda
28.11.2016 12:38
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Fins.az-a verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 868 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 415 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 928 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 146 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 81 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 205 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 424 mln. 791 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 711 mln. 557 min manatdan artıq kompensasiya ödənilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol