• $
  • €
  • ₽
  • ₺
  • £

Bizə sığorta şəhadətnaməsi lazımdırmı?

Bizə sığorta şəhadətnaməsi lazımdırmı?
28.11.2016 18:14
Dekabrın 1-dən dövlət xəstəxanalarının ödənişli əsasda fəaliyyət göstərəcəyi barədə yerli mətbuatda gedən məlumat ciddi müzakirələrə səbəb oldu. 
 
Bir müddət sonra Səhiyyə Nazirliyinin mətbuat xidməti bu məlumatı təkzib edərək bildirdi ki,  yenilik xəstəxanaların hüquqi statusu ilə bağlıdır və  onların fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Səhiyyə Nazirliyi bu məsələyə aydınlıq gətirməzdən öncə dövlət xəstəxanalarının ödənişli əsasda fəaliyyət göstərəcəyi istiqamətdə müzakirələr davam edirdi.
 
Bəs, bu gün dövlət xəstəxanalarında vəziyyət necədir?
 
Heç kimə sirr deyil ki, pulsuz xəstəxanalarda keyfiyyətli tibbi xidmət almaq istəyən vətəndaşlar bunun üçün pul ödəməlidirlər. Burada ödənilən maliyyə sadəcə baş həkimin cibinə getmir, eyni zamanda bütün tibbi personal arasında bölünür. Xəstə yaxşı palata istəyirsə, ödəməyə məcburdur. Müalicə edən həkimin diqqətini qazanmaq istəyirsə, yenə ödəməyə məcburdur, tibb bacıları tərəfindən keyfiyyətli qulluq istəyirsə, yenə necə deyərlər, əlini cibinə salmalıdır.
 
Bəs, mətbuatda yayılan məlumat doğru olsaydı və həqiqətən də dövlət xəstəxanaları ödənişli əsaslarla fəaliyyət göstərsəydi, nə olardı? 
 
Bu yerdə dövlət xəstəxanalarının dövlət büdcəsi və xəstələrin sığorta ödənişləri hesabına fəaliyyət göstərdiyi beynəlxalq təcrübəyə nəzər yetirməyə ehtiyac yaranır.

Dövlət xəstəxanalarında icbari tibbi sığortanın tətbiqi  bu günkü vəziyyəti kökündən dəyişə bilərdi.
 
İlk növbədə, əgər xəstə bütün tibbi personala deyil, pulu sadəcə xəstəxanaya ödəsəydi, o zaman xəstəxananın  büdcəsi yaranardı və dövlət tərəfindən maliyyələşdirilməyə ehtiyac olmazdı, müəssisə öz-ozünü maliyyələşdirə bilərdi.

Bu dəyişiklik eyni zamanda dövlət xəstəxanalarında qəliz vəziyyəti  normal istiqamətə dəyişərdi və xəstə ona göstərilən xidmətə görə xəstəxana personalına pul ödəmək məcburiyyətində qalmazdı.
 
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ANN.Az xəbər portalına açıqlamasında  bildirib ki,  icbari tibbi sığortanın tətbiqi üçün ciddi islahatlar aparılımalıdır: "Bunun üçün  sistemin həyati fəaliyyətini təmin edəcək güclü sığorta şirkətləri yaradılmalı, özəl xəstəxanalara da dövlət tibb müəssisələri kimi eyni səlahiyyətlər veriməlidir”.

"Mütləq özəl şirkətlərdə iş yeri tərəfindən ödənilən tibbi sığorta şəhadətnaməsi  mexanizmi tətbiq olunmalıdır. Bu barədə ciddi düşünmək lazımdır. Tibbi sığortanın beynəlxalq təcrübəsi Azərbaycanda ancaq müvafiq islahatlardan sonra tətbiq oluna bilər”, - deyə millət vəkili əlavə edib. 

Nuray Qasımzadə 
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol