"Bakutel 2016" sərgi və konfransı keçirilir - FOTOLAR

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları” - "Bakutel 2016” sərgi-konfransının açılış mərasimi olub.
ANN.Az xəbər verir ki,açılış mərasimində Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak edib.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı "Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian” və "Caspian Event Organisers” "CEO” şirkətləri çıxış edirlər.
Bu ilki sərgidə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların 40%-i "Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur.
Sərgi çərçivəsində "Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, "Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayiət olunacaq.
Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.
Qeyd edək ki, sərgi dekabrın 2-nə kimi davam edəcək.






Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























