• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyində yeni layihə başlayacaq - FOTOLAR

Vergilər Nazirliyində yeni layihə başlayacaq - FOTOLAR
30.11.2016 11:07
Noyabrın 30-da Bakıda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində "İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib. 

ANN.Az xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır: 

"Qarşıya qoyulan hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza artıq yaradılıb. 27 ay davam edən Tvinninq Layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa vergi administrasiyalarının ən yaxşı təcrübəsini ətraflı şəkildə öyrəniblər".

Nazir müavini həmçinin qeyd edib ki, bu müddət ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi, insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb, 2 kitab nəşr olunub.

 
 
S. Ələkbərov layihə üzrə görülmüş və bundan sonra görülməsi nəzərdə tutulan işlərin ölkədə aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və vergi daxilolmalarının artımına töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.

S. Ələkbərov bildirib ki, Azərbaycanda 2005-ci ildən vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir və bu müddət ərzində 1200 nəfərdən çox şəxs işə qəbul edilib: 

 
 
"Hazırda Nazirlik əməkdaşlarının 50%-dən çoxu bu üsulla işə qəbul edilib. Avropa İttifaqının Azərbaycandakı deleqasiyasının nümayəndəsi Jeron Uillems isə bildirib ki, Tvinninq Layihəsinin icrası müddətində 30 dövlət qurumu bu layihədən yararlanıb. Əsasən də, qadınların layihə çərçivəsində aktivliyi yüksəlib".
 
Layihə çərçivəsindən 20 mövzunu əhatə edən təlimlər keçirilib. Vergilər Nazirliyinin 150 əməkdaşının yararlandığı təlimləri 23 ispan və 12 fransalı mütəxəssis keçib. Təlimlər zamanı 5 işgüzar səfər həyata keçirilib.
 
 
Tədbirdə çıxış edən Fransa səfirinin müavini Fabyen Droyt Lozinski qeyd edib ki, növbəti il ikinci Tvinninq Layihəsinə başlanacaq.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol