• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Azərbaycanda bu il 2,8%-lik resessiya gözlənilir"

Nazir: "Azərbaycanda bu il 2,8%-lik resessiya gözlənilir"
30.11.2016 11:47
Cari ilin sonuna Azərbaycanda ÜDM-in həcmi 58,8 mlrd. manat səviyyəsində gözlənilir ki, bu da ölkədə 2,8% resessiyaya olacağından xəbər verir.
 
"Report" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov 2017-ci ilin dövlət büdcə layihəsinin parlament komitələrinin bugünkü birgə iclasında aparılan müzakirələr zamanı deyib. Nazir bildirib ki, makroiqtisadi sabitlik əsas hədəf kimi qoyulub və büdcə yığcamlaşdırılması davam etdirələcək.

Onun sözlərinə görə, layihədə yeni iqtisadi təlatümlər, reallıqlar, ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb.

"Cari ilin ilk 10 ayı ərzində 49,2 mlrd. manat həcmində ÜDM istehsal olunub, real azalma 3,7% olub. Bunun səbəbləri kimi xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunun böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalmasını göstərmək olar. Nəticədə, 1998-ci ildən ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib", - deyə S.Şərifov qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu il dövlət büdcəsinin təqdimatında gecikmələr olub və bunun obyektiv səbəbləri var. Onun sözlərinə görə, büdcə Azərbaycanın reallıqlarını əks etdirir və gələcək üçün güclü ehtiyatların yaradılmasını nəzərdə tutur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol