E-ticarətə vergi tətbiq ediləcək

"Elektron ticarətin vergiyə cəlb olunması istiqamətində Vergilər Nazirliyi uzun müddətdir, ciddi işlər aparır".
ANN.Az xəbər verir ki, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərə açıqlamasında məlumat verib. Nazir müavininin sözlərinə görə, bununla bağlı qanun var, amma yeni təklif olunan paketdə elektron ticarətlə bağlı qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulub:
"Burada söhbət yalnız elektron ticarətdən yox, eyni zamanda, internet üzərindən aparılan xidmətlərin də vergiyə cəlb olunması nəzərdə tutulub. Bu, bir trenddir. Dünyanın bir çox ölkələrində bu istiqamətdə işlər başlanıb. O cümlədən, qonşu Rusiyada yanvarın 1-dən etibarən bu barədə işlərə başlanacaq. Araşdırmalarımız göstərib ki, orada da ciddi vergi bazası mövcuddur”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























