Vergi mübahisələrinin bir çoxu vergi ödəyicilərinin xeyrinə həll edilib

"PwC Azərbaycan" bu gün "Bulvar Otel Bakı"da vergi mübahisələri, onların həlli və meqa-tendensiya mövzusunda seminar keçirilib.
ANN.Az xəbər verir ki, "PwC Azərbaycan"ın Vergi və Hüquq Məsələləri üzrə Partnyoru Maykl Ahern bildirib ki, vergi ödəyəciləri və vergi orqanları arasında yaranan vergi mübahisələrinin iqtisadi mahiyyəti əsasında şəffaf və sistemli şəkildə həlli biznes üçün çox vacibdir:
"Son 15 il və daha artıq dövrdə qlobal vergi mühitində böyük dəyişikliklər baş verib. Vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll edilməsi imkanları daha yüksək olduğuna görə, onların bu prosesdə iştirakı vacibdir".
Əvvəllər vergi ödəyiciləri aqressiv vergi strukturları tətbiq edə bilirdilər və müəyyən dərəcədə bu, norma sayılırdı. Müasir dünyada daha çox şəffaflıq mövcuddur və vergi strukturları kommersiya reallığına əsaslanır. Digər müsbət cəhət isə əvvəlki dövrlərlə müqayisədə, vergi ödəyiciləri və orqanları arasında etibarlı, şəffaf və texnologiyaya əsaslanan qarşılıqlı münasibətlərin olmasıdır. Azərbaycan bu dəyişikliyin ilkin mərhələsində olsa da, bunlar zəruridir.

"PwC Azərbaycan"ın Vergi Məsələləri üzrə direktoru Arif Quliyevin sözlərinə görə, biz vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll olunması hallarının artdığını görürük:
"Belə ki, 2016-cı ildə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına qarşı qaldırılmış iddiaların Vergi Appelyasiya Şurasında təxminən, 44%; 1-ci instansiya məhkəməsində 35% (mübahisələndirilmiş vergi məbləğinin 8%); Appelyasiya məhkəməsində 57% (mübahisələndirilmiş vergi məbləğinin 62%); və Ali Məhkəmədə 52% (mübahisələndirilmiş vergi məbləğinin 34%); tamamilə və ya qismən vergi ödəyicilərinin xeyrinə həll edilib. Layihədə sərtləşdirmə tədbirləri mövcuddur, eyni zamanda, prezident fərmanında yerinə yetirilməsi üçün yer qoyulmasıdır. Əslində, sərtləşmədən sərtləşməyə fərq var. Sərtləşmə vergidən yayınmanın qarşısını almaq üçün nəzərdə tutulursa, bu, çox gözəl təklifdir. Əgər sərtləşmə biznesə əngəl törədirsə, ədalətli vergi ödəyicilərinin daha da çətin vəziyyətə düşməsinə gətirib çıxarırsa, bu, doğru deyil. Ümumi götürsək, bu layihədə sərtləşdirmə tədbirlərinə birmənalı baxmaq olmaz”.
Şirkətlərin və kütləvi informasiya vasitələrinin maraqlarını nəzərə alaraq, "PwC" və Dünya Bankı Qrupunun birgə hazırladığı "Vergi Ödəmələri" hesabatı tədbir zamanı diqqət mərkəzində olub. Vergi Ödəmələri hesabatındakl göstərici dünyanın 190 ölkəsində yerli şirkətlərin vergi qanunvericilinə və qaydalarına uyğunluq baxımından vergi sistemlərini təhlil edir.
"İnzibati vergi islahatları, o cümlədən "bir pəncərə" qeydiyyat sistemi, vergi və sosial sığorta hesabatlarının elektron təqdimatı, elektron hesab faktura, elektron vergi ödənişləri nəticəsində Vergi Ödəmələri hesabatında Azərbaycanın reytinqi 2008-ci ildə 108-ci pillədən ( "Doing Business 2010" hesabatı) 2015-ci ildə 40-cı pilləyə kimi yüksəlib ("Doing Business 2017" hesabatı). Azərbaycan ABŞ(36), Avstriya(42), Polşa (47) və Almaniya (48) kimi ölkəlır ilə eyni sırada yer alıb", - deyə A.Quliyev əlavə edib.
Son 10 il və daha artıq dövrdə beynəlxalq vergi sisteminin ən aktual mövzusu transfer qiymətləri olub. Bu gün də bu, öz aktuallığını qorumaqdadır. Azərbaycan bir çox ölkələr kimi öz vergi daxilolmalarını qorumaq üçün transfer qiymətlərinin tənzimlənməsi sahəsində müasir qanunvericilik bazası yaratmalıdır.
Belə bir sistem yaradılmazsa, mənfəət transfer qiymətlərinin tənzimlənməsi sahəsində müasir qanunvericilik bazası olan ölkələrə yönəldəcək.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























