• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Digər məhsulların da qiyməti artacaq

Deputat: Digər məhsulların da qiyməti artacaq
30.11.2016 19:39
"Kommunal xidmətlərin bahalaşması insanlara əlavə yük olacaq. İstər-istəməz digər məhsulların qiyməti də artacaq və ciddi problemlər yaranacaq”. 

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu deputat Vahid Əhmədov 2017-ci il dövlət büdcəsinin parlamentin komitələrinin bugünkü birgə iclasında aparılan müzakirələr zamanı bildirib. 

Onun sözlərinə görə, əhalidən kommunal xidmətlər üzrə ödənişlərin yığılması ən yaxşı halda 75%-ə çatırdı və bahalaşma buna heç də müsbət təsir etməyəcək. Kommunal ödənişlərin artırılmasından isə 300 mln. manat əlavə gəlir əldə olunması nəzərdə tutulur.

"Elm xərclərinə yenidən baxmaq lazımdır. Hüquq-mühafizə orqanlarına ayrılan büdcə vəsaitinin yoxlanılması həyata keçirilmir.

Həmçinin, vəsaitin şəffaflığı üzərində mexanizmin qurulması vacibdir. Çünki bu sahəyə ayrılan vəsait büdcənin 17%-ni təşkil edir. Bundan başqa, sair xərclərdə artım görürük - 4 dəfə və bu, o qədər də yaxşı hal deyil”.

"Məhdudlaşdırılmamış maliyyə siyasəti aparılmalıdır. Manat öz yerini tutmalıdır. Mərkəzi Bankın bu istiqamətdə siyasəti düzgündür. Banklar kredit vermir, kreditləşmə faktiki olaraq dayandırılıb. Bu sektorun sağlamlaşdırılması daha geniş aparılmalıdır”, - deyə V.Əhmədov qeyd edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol