• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Ali təhsil müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunmalıdır"

Nazir: "Ali təhsil müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunmalıdır"
01.12.2016 13:37
Maliyyə naziri dövlət ali təhsil müəssisələrinin mənfəət və əmlak vergisinə cəlb olunması təklifinə münasibət bildirib
 
Maliyyə naziri Samir Şərifov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin vergiyə cəlb olunması ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təklifinə münasibət bildirib. 

"APA-Economics"in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı nazir deyib ki, bu məsələ hökumət qarşısında da qaldırılıb:
 
"Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutulmur. Adambaşına maliyyələşmə ilə bağlı mütərəqqi iş görülüb. Dövlət ali təhsil müəssisələri tərəfindən səmərəli işlər görülür. Bu, o demək deyil ki, biz ali təhsil müəssisələrini vergiyə cəlb etməliyik. Digər ölkələrdə də ali təhsil müəssisələri qeyri- kommersiya qurumları kimi fəaliyyət göstərir. Hesab edirik ki, təhsil haqlarından toplanan vəsaitlər ali təhsil müəssisələrinin idarə olunmasına və inkişafına yönəlməlidir. Vəsaitlərdən düzgün və səmərəli istifadə olunması baxımından ali təhsil müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Müəyyən əhali kateqoriyalarına güzəştlərin edilməsi məsələsi də ali təhsil müəssisələrinin sərəncamına verilə bilər".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol