• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Gələn ilin sonuna Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfəri ötəcək"

Nazir: "Gələn ilin sonuna Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfəri ötəcək"
01.12.2016 14:27
"2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir".
 
Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S. Müslümov rəhbərlik etdiyi qurumun apardığı aktuar hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meylləri, əhalinin məşğulluğunun və sosial vəziyyətinin səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikləri açıqlayıb:
 
"Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5%-ni, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir. Əməkqabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1%-ni təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95% təşkil edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq 508 manata çatacaq. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əsasında əmək pensiyaçılarının orta illik sayını formalaşdırıb ki, bu da təqribən 1 milyon 324 min nəfər nəzərdə tutulur. Bu, hazırda orta illik saydan təqribən 16 min nəfər çoxdur". //APA-Economics

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol