• $
  • €
  • ₽
  • ₺
  • £

Xidmət rəisi: "12 rayonda torpaq uçotu işlərinə başlanılıb"

Xidmət rəisi: "12 rayonda torpaq uçotu işlərinə başlanılıb"
02.12.2016 11:42
"2009-cu ildən etibarən ölkənin 3 ən böyük şəhərində - Bakı, Gəncə və Sumqayıtda başlanan bütün torpaqların dəqiq kadastr və uçot işləri yekunlaşıb”. 

ANN.Az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bu gün "Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi”nə həsr olunmuş təqdimatda bildirib.

R. Quliyevin sözlərinə görə, torpaqlar üzərindəki daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazası yaradılıb: 

 
"Bu gün Naxçıvan MR-da müvafiq qurum tərəfindən bu işlər icra olunur. Ağ rəngli ərazilər Respublikanın 3,5 milyon hektarını əhatə edir. Bunun 3,2 milyon hektarı isə bilavasitə kənd təsərrüfatı təyinatlı ərazilərdir. Qalan 300 min hektar isə kənd yaşayış əraziləridir. Məqsədimiz o idi ki, 2010 və ondan sonrakı illərdə həmin 3,2 milyon hektar ərazinin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri üzrə uçot işlərini yekunlaşdıraq. Eyni zamanda, 300 min hektar yaşayış ərazilərində bilavasitə torpaqların uçot işi və torpaqlarda daşınmaz əmlakın elektron kadastr məlumat bazasını formalaşdırmaqdır”. 

Xidmət rəisi qeyd edib ki, 2016-cı ilin mayından başlayaraq, ölkənin 385,289 hektar kənd təsərrüfatı təyinatlı torpaqları özündə cəmləşdirən 12 rayonda torpaq uçotu işlərinə başlanılıb: 

"Noyabrın sonunda bu istiqamət üzrə çöl ölçmə işləri yekunlaşdırılıb. Hal-hazırda icraçı şirkətlə birgə elektron kadastr bazasının yaradılması üçün məlumatların dəqiqləşdirilməsi və nəticədə, rəqəmsal kadastr mərkəzinin tamamlanma işləri aparılır. Bu ilin sonuna kimi işlər yekunlaşacaq”.

Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol