Azərbaycanın büdcə layihəsinin müzakirəsi başa çatdı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb.
ANN.Az APA-ya istinadən xəbər verir ki, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, büdcədə nəzərdə tutulan vəsaitlər çox olanda, işi ona uyğun qurublar: "Az olanda da, buna uyğun qurmalıyıq”.
Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























