• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xarici valyuta ilə əməliyyatların həcmi azalıb

Azərbaycanda xarici valyuta ilə əməliyyatların həcmi azalıb
02.12.2016 18:05
Bu ilin yanvar-oktyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
 
"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,52 dəfə  azalıb.
 
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,67 dəfə azalıb. Başqa sözlə, bu ilin noyabr ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 15 mln. 849,1 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 13 mlrd. 405 mln. 778,5 min manat təşkil edib.
 
Bu ilin yanvar-oktyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı
2 mlrd. 695 mln. 694,1 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,83 dəfə azdır. Bu ilin 10 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 320 mln. 155 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,33 dəfə azdır.
 
Ötən ilin 10 ayı ilə müqayisədə bu ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 1,49% azalıb. Başqa sözlə, bu ilin yanvar-oktyabr aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 758 mln. 946,2 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 1 mlrd. 131 mln. 908,9 min avro təşkil edib.
 
Bu ilin 10 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 495 mln. 671,2 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,86 dəfə azdır. Bu ilin yanvar-oktyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 263 mln. 275 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol