Bankların dollar almaqdan imtina etməsinə Palatadan münasibət

Qadağanın haradan qaynaqlanması ilə bağlı araşdırmalara cavab olaraq qeyri-rəsmi şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatasının şifahi göstərişi olduğunu öyrəndik.
Məsələ ilə bağlı Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasovun Fins.az-a açıqlamasına görə, təmsil etdiyi qurum belə bir tapşırıq verməyib.
O, bankların əhalidən dollar və avronu almamasının səbəbini "Bu izafi valyuta likvidliyi ilə bağlı ola bilər”, - deyə izah edib. R.Abbasov bildirib ki, Palata bankların dollar alış-satışına, qoyduqları limitlərə müdaxilə etmir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























