• $
  • €
  • ₽
  • ₺
  • £

Dövriyyədən 6 mlrd.manat çıxarılıb – NƏTİCƏ NECƏ OLA BİLƏR?

Dövriyyədən 6 mlrd.manat çıxarılıb – NƏTİCƏ NECƏ OLA BİLƏR?
08.12.2016 11:00
Məlum olduğu kimi, 2015-ci ildə pul kütləsi 50% azalıb, cari ildə də AMB strelizasiyanı davam etdirib və 6 mlrd. manat dövriyyədən çıxarılıb.
 
Fins.az bildirir ki, ekspertlərin rəyi bu barədə birmənalı olaraq müsbət deyil. Yəni, iqtisadçılar artıq ölkənin biznes mühitində pulsuzluqdan boğulma hallarının olduğunu ehtimal edirlər.

Milli valyutanı qorumaq hədəfi   

Ölkənin baş bankiri Elman Rüstəmov hesab edir ki, bununla izafi pul kütləsinin gərginlik yaratmasının qarşısı alınıb. Nəticədə manatın məzənnəsi ilin əvvəlindən cəmi 11% ucuzlaşıb. O cümlədən, hökümət inflyasiyanın cilovlanmasına nail olub. Hazırda manatı dövriyyədən yığmaq üçün depozit hərracı, manatla notların buraxılması, dövlət istiqrazlarının yerləşdirlməsi kimi alətlər mövcuddur. Yəni, mümkün variantların demək olar ki, hamısından istifadə olunur. Üstəlik, dollara tələbatı azaltmaq üçün digər rıçaklar da aktivləşdirilib. Məsələn, investisiya xərcləri azalıb, ən böyük təsirlərdən biri olan kredit portfeli kəskin azalıb və 01.11.2016-cı il tarixə 15,3 mlrd. manata düşüb.

Mərkəzi Bankın istədiyi hədd

Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Risk ekspertləri qrupunun sədri Elman Sadıqov hesab edir ki, indi dövriyyədəki nağd manat kütləsinin sterilizasiyası üçün əlavə tədbirlər axtarmağa ehtiyac yoxdur. Mərkəzi Bankın hazırda istifadə etdiyi sterilizasiya tədbirləri kifayət qədər effektli olub. Yəni, Mərkəzi Bank dövriyyədən mümkün qədər manat kütləsini strerilizasiya edib: "Düşünürəm ki, bundan artıq nağd manat kütləsinin dövriyyədən çıxarılması əks təsir göstərə bilər, daha açıq şəkildə ifadə etsək, iqtisadi kataklizmalar yaradar”. Burada Mərkəzi Bankın hədəflədiyi konkret bir hədd yoxdur və bu o vaxta qədər davam edə bilər ki, ya dollara tələb azalsın, ya ölkənin tədiyyə balansında müsbət saldo yaransın, ya da neftin qiyməti kifayət qədər artsın. Netfin qiyməti istisna olmaqla digər məsələlərin həll yolları real sektordakı vəziyyətdən, islahatlardan asılı olacaq.

Dollara təlabat nə vaxt artır?

Bu əsasən bir neçə halda baş verir. Bunlardan biri ölkədən kapital axınıdır ki, Mərkəzi Bank valyuta rejimini nisbətən sərtləşdirməklə bunun qarşısını almağa çalışır. İkincisi, idxalın artması zamanı həmin məhsullar üzrə ödənişlər dollarla həyata keçirildiyindən təlabat yüksəlir. Üçüncüsü, büdcədən infrastruktur və investisiya layihələrinə ayrılan vəsaitlər artdıqda dövriyyəyə əlavə vəsait daxil olur və nəticədə dollar alışı artır. Burada ən önəmli məsələ isə ölkənin tədiyyə balansında mənfi saldonun olmasıdır ki, bu da manata olan təzyiqləri artırır. Ölkə tədiyyə balansında müsbət saldoya nail olmayana qədər bu təzyiqlər davamlı olacaq.

Təqaüd və maaşlar əlavə manat kütləsi yaradırmı?  

Hər ay təqaüd və əmək haqqı şəklində dövriyyə buraxılan manat kütləsinə gəldikdə, E.Sadıqov hesab edir ki, bu məbləğ dollara böyük təzyiq göstərmək iqtidarında deyil. Çünki ölkədə yaşayış minimumu xərcləri artıb və bahalaşma həmin manat kütləsinin izafi halda yığılmasına imkan vermir. Təqaüd və əmək haqlarının verilməsi səbəbindən əlavə yüksək həcmdə manat kütləsi yaranmırsa, deməli dollara təlabat da bu səbəbdən demək olar ki, yox səviyyəsindədir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol