"Səhiyyə Nazirliyi yoxlamadan sertifikat verdiyini etiraf etmişdi" - Eyyub Hüseynov

"Səhiyyə Nazirliyi həmin siqaretlərə qanunsuz sertifikat verdiyini etiraf edib”.
ANN.Az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "2016-cı ilin istehlak səbəti necə bahalaşdı?" mövzusunda keçirilən mətbuat konfransında deyib.
E. Hüseynov bildirib ki, Birlik olaraq, il ərzində çoxlu sayda təhlükəli malların ifşa olunmasında işlər aparılıb:
"Ukraynadan gətirilən və tərkibində 40%-ə qədər naməlum maye olan toyuq ətinin, eləcə də, Türkiyədən gətirilən vaxtı keçmiş yumurtaların, murdar heyvan ətlərinin paytaxta gətirilməsini aşkarlamışıq. Əsas işlərimizdən biri qeyri-qanuni və filtrsiz siqaretlərin aşkarlanması oldu. Tərkibində nikotinin miqdarı 67%, qətranın miqdarı 17% çox olan və Şəkidə istehsal olunan "Karvan”, "Piramida” siqaretlərinin istehsalına qarşı ciddi mübarizə aparmışıq. Çox acınacaqlı haldır Səhiyyə Nazirliyi özü etiraf edib ki, biz həmin siqaretlərə yoxlamadan saxta sertifikatlar vermişik”.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























