Eyyub Hüseynov: "İlkin mərhələdə çörəyin qiyməti artacaq"

"Təbii qaz və işığın qiymətinin qalxmasından sonra düşünürəm ki, ilk olaraq, çörəyin qiyməti qaxlacaq”.
ANN.Az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "2016-cı ilin istehlak səbəti necə bahalaşdı?" mövzusunda keçirilən mətbuat konfransında əməkdaşımızın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, quru meyvələrin sürətlə bahalaşması müşahidə ediləcək:
"Bu tendensiya mart ayından sonra da davam edəcək. Eyni zamanda, düyülərin qiymətində də 30%-dək artım gözlənilir. Bayram ərəfəsində qiymətlərin bahalaşacağı və bu templə davam etməsi gözlənilir. Ümumilikdə götürsək, Azərbaycanda xarici məhsullar bazarın 80%-ə qədərini təşkil edir və onların bahalaşması gözləniləndir”.
Eyyub Hüseynov həmçinin qeyd edib ki, dərman qiymətlərində bahalaşma ola bilər. Çünki dərman qiymətlərinin sabitləşdirilməsi ilə bağlı İlham Əliyevin göstərişləri lazımi qədər yerinə yetirilmir.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























