"Azəravtoyol" texnikaları hazır vəziyyətə gətirdi

"Hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur”.
ANN.Az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir:
"Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir. Hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla sürücülərimiz yola çıxmaları və ən əsası avtonəqliyyat vasitəsini yay şinləri ilə idarə edilməsidir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə ədarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur.
Yollar buzlaşdıqda, qarla örtüldükdə bizim texnikalarımız yollara duz-qum qarışı səpməyə, yolların qardan təmizləməsinə başlayacaqlar. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir”.
A.Nəcəfli əlavə edib ki, aidiyyəti qurumlar qışa hazır olurlar, sürücülərimiz də hazır olsalar yaxşı olar, yollarda vəziyyət normal olar.
Kamil ƏMİRLİ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























