Milli Məclis büdcə müzakirələrini yekunlaşdırdı

Milli Məclisin plenar iclası başa çatıb.
ANN.Az Sputnik-ə istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin 2017-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası müzakirə edilib.
Qeyd edək ki, büdcə zərfinə daxil olan layihələrə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək vaxt verilib.
Parlamentin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək. Büdcə zərfinin dekabrın 16-da təsdiqlənməsi gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























