• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspertdən manatla bağlı proqnoz

Ekspertdən manatla bağlı proqnoz
08.12.2016 17:10
"Manat rəsmi olaraq ikinci devalvasiyadan sonra üzən məzənnəyə keçmişdir. Təbii ki, Azərbaycanın mövcud iqtisadi vəziyyətində real üzən məzənnəyə keçid mümkün deyil. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tənzimlənən üzən məzənnə rejimi fəaliyyət göstərir.

Tam üzən məzənnəyə keçid isə manatı dəfələrlə ucuzlaşdırar və nəticədə manat dəyərini kəskin itirər. Yaxın bir neçə ildə də manatın tam üzən məzənnəyə keçməsi real görünmür”.
 
ANN.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib. 

"Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq üçün hələ də ehtiyat sərf edir. Neft fondunun vəsaitlərini satışa çıxarır və bunun hesabına bazarı dollarla təmin edir, uçot dərəcəsini qaldırır və manatla olan pul kütləsini məhdudlaşdırmaqla dollara olan tələbatı azaldır, yəni inzibati yollarla kursu saxlaya bilir.

Manatın məzənnəsini müəyyən edərkən tədiyə balansına istinad edilir. Tədiyə balansında isə kəsir var və bu kəsir ötən ilin sonlarından başlayaraq müşahidə olunur. Ölkədən çıxan dollar ölkəyə gələn dollardan çoxdur. 

Yaranan kəsrin bir hissəsi məzənnə hesabına, bir hisssəsi idxalın məhdudlaşdırılması və məhdud satış hesabına müəyyən qədər örtülür. Real məzənnəni isə demək çətindir, lakin dolların real dəyərinin indiki səviyyədən çox yüksək olduğu doğrudur”, - deyə ekspert deyib. 

FED-n uçot dərəcəsini qaldırması halında manatın məzənnəsində ola biləcək dəyişikliklər barəsində ekspert bildirib ki, "Federal Ehtiyatlar Sistemin uçot dərəcəsini qaldırması ABŞ-ın makroiqtisadi vəziyyətindən asılıdır. Bu qərar dünya bazarında dolları bahalaşdıra, eyni zamanda neftin və qızılın qiymətinə də təsir edə bilər. Bu konteksdə baş verənlər, təbii ki, öz təsirini manatda da göstərəcək. 

Dolların bahalaşması avro, yen kimi valyutalara dərhal təsir göstərsə də, manat tənzimləndiyi üçün bu təsir pilləli formada ola bilər. Demək istəməzdim ki, FED uçot dərəcəsini qaldıran kimi Azərbaycanda devalvasiya olacaq. Lakin bu, istənilən halda manatın dəyərini aşağı salacaq.

Proqnozlarıma əsasən ilin sonuna dolların kursunun 1,80 manata çatacağını demişdim, hələ ki, o istiqamətdə gedir. Əgər neftin kəskin ucuzlaşması və FED-in uçot dərəcəsini qaldırması kimi hallar baş verməzsə, yeni ilə dolların məzənnəsinin 1,80 manata çatacağını istisna etmirəm. 
Təbii ki, burada hökumətin davranışları da rol oynayacaqdır. Görünən odur ki, hökumət hələ manatı kəskin ucuzlaşdırmaqda maraqlı deyil”.

O, həmçinin bildirib ki, dolların məzənnəsi hər bir halda 2 manatı keçəcək. Bunun dəqiq tarixini isə demək mümkün deyil. Dolların 2 manat olması zaman məsələsidir.

Mənbə: Banco.az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol