Bakı əhalisi krediti hansı müddətə götürür?

"ACT Azərbaycan" 11-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində maraqlı sorğu keçirib.
2016-cı ildə ölkədəki maliyyə dəyişiklikləri, eləcə də devalvasiyalar kredit borcu olan əhalidən də yan ötüşməyib. Bəs Bakı sakinləri kreditləri hansı müddətə götürürlər?
Milli.Az bildirir ki, sorğu nəticəsində bəlli olub ki, rəyi soruşulan respondentlərin 37%-in banklara kredit borcu var.
Uzun müddət kredit ödəməyə gənc nəslin səbri çatmır. Belə ki, krediti tez bağlamağın tərəfdarlarının (19 %) əksəriyyətini 18-34 yaş arasında olan respondentlər təşkil edir (34%). Onlar krediti 1 ilə qədər müddətdə bağlamağı tərcih edirlər.
Maraqlısı odur ki, respondentlərin yaşı artdıqca, krediti ödəmə müddəti də uzanır. Bankdan kredit götürən Bakı əhalisinin təqribən yarısı (45%) krediti 1-2 il müddətinə götürür. Bu müddətlik kreditə, əsasən, orta nəslin nümayəndələri (35-54 yaş arası) girir (56%). Bu yaş kateqoriyasına daxil olan bir qism respondent isə (14%) kreditin ödənməsi üçün uzun müddətə ehtiyac duyur. Ümumilikdə hər 10 respondentdən biri uzunmüddətli kredit (5 il və daha çox) almağı tərcih edir.
Banklara borcu olan Bakı sakinlərinin 26% -i üçün borc qaytarmaq müddəti 2-5 il arasında dəyişir. Bu krediti, əsasən, yaşlı nəslin nümayəndələri (55 və yuxarı yaş ) götürür - 45%.
Sorğu "ACT Azərbaycan" tərəfindən 11-14 sentyabr 2016-cı il tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























