Yollarda son vəziyyət

"Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.
Bu haqda Modern.az-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən respubikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb:
"Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın-müxanizmlər vasitəsi ilə yollara duz-qum qarışı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub. Lakin bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























