• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kapital bazarı indeksinin tətbiqinə hazırlaşır

Azərbaycan kapital bazarı indeksinin tətbiqinə hazırlaşır
09.12.2016 18:38
Azərbaycanda 2017-ci ilin I rübündə kapital bazarı indeksinin tətbiqi üzrə hazırlıq işlərinə başlanılacaq. 

Bu barədə "Report”a qiymətli kağızlar bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, yeni ilin ilk 3 ayı ərzində indeksdən istifadə qaydaları və onun hesablanma metodikasının hazırlanması nəzərdə tutulur. İşlər qaydasında getsə, növbəti ilin sonuna qədər indeksin tətbiqinə başlanıla bilər.

"Əslində, 2016-cı ilin sonuna qədər indeksin istiqrazlar üzrə test rejimində tətbiqi nəzərdə tutulurdu. Amma bu məsələni reallaşdırmaq mümkün olmadı. Çünki həm tədavül müddətinin başa çatması, həm də iqtisadi böhran nəticəsində kapital bazarında yaranmış vəziyyətlə əlaqədar istiqrazların xeyli hissəsi dövriyyədən çıxarıldı. Bu cür vəziyyətdə indeksin tətbiqi effektsiz olur”, - deyə mənbə qeyd edib.

Onun sözlərinə görə, effektiv nəticəyə nail olmaq üçün kapital bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları kimi aktiv şəkildə alınıb-satılan qiymətli kağızlar olmalıdır: "Adətən, Azərbaycanda hansısa emitent istiqraz buraxanda, kütləvi təklif belə olsa, onları əvvəlcədən adları məlum olan investorlar alır və tədavül müddətinin sonuna qədər saxlayırlar. Yəni, istiqrazlar bazarda aktiv şəkildə dövr etmir. Bu halda isə tətbiq edilən indeks demək olar ki, dəyişmir və effektiv olmur. Ümid edirik ki, gələn il kapital bazarına SOCAR istiqrazları kimi azı 5 istiqraz çıxarılacaq və indeks uğurla tətbiq olunacaq”.

Kapital bazarı indeksinin səhmlər üzrə tətbiqi isə yaxın illərdə gözlənilmir. Bunun üçün səhm bazarının aktivləşməsi lazımdır ki, bu da daha çox Azərbaycan manatının məzənnəsinin sabitləşməsindən asılıdır. Çünki, səhmlərin ticarəti milli valyuta ilə həyata keçirilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol