• $
  • €
  • ₽
  • ₺
  • £

Ətin bahalaşması insanları kəllə ətinə keçməyə vadar etdi

Ətin bahalaşması insanları kəllə ətinə keçməyə vadar etdi
09.12.2016 17:52
Bazarlarda, paytaxtın mərkəzində, o cümlədən, ətaraf rayonlarda iribuynuzlu heyvanların kəllə ətinin qiyməti artıb. 

ANN.Az-ın əməkdaşları məsələ ilə bağlı bazarlarda kiçik araşdırma aparıb. Satıcıların sözlərinə görə, heyvanın digər üzvlərinin (bir kq təxminən, 10 manat) bahalaşması səbəbindən insanlar daha çox baş ətinə üstünlük verir. Lakin araşdırmalarımız nəticəsində aydın oldu ki, iribuynuzlu heyvanların baş ətində də qiymət artımıdır: 

"Malın baş ətinin qiyməti artıq bahalaşıb. Çünki qəssablar və heyvan saxlayanlar qiymətləri qaldırıblar. Mal ətinin qiyməti bahalaşdığı üçün kəllə ətinə təlabat artıb. Bir çoxlarının ət almağa pulu çatmadığından, onlar heyvanın müxtəlif hissələrini almağı üstün tutur”. 

Bunu əməkdaşımızla söhbətində Xırdalan şəhərindəki bazarda çalışan qəssab Elçin Süleymanov deyib. 

Onun sözlərinə görə, ət qiymətlərinə həm də rayonlardan Bakıya gətirilən ətlərin baha olması təsir edir: 

"Bu, əsasən, Gürcüstandan Azərbaycana daxil olan xırda buynuzlu mal-qarada özünü göstərir. Cəmiyyətə təqdim olunan şərtlər əhalinin ət təlabatını ödəyə bilmir”. 

Ev heyvanları saxlayan insanlar da çətin vəziyyətdə qalıblar. Şəhər sakini Müşfiq Məmmədov 2 il əvvəl it və pişik saxlamağa başlayıb. Ancaq o, bu yaxınlarda işdən çıxıb. Heyvanları saxlamağa maddi imkanı olmasa da, heyvanları ilə də ayrılmaq istəmir:

"İndi mən çox çətliklə dolanıram. Ev heyvanlarının yemlənməsinin özünəməxsus çətinlikləri var. Bir ay bundan əvvəl 2,5 manata aldığım kəllə ətinin kilosu indi 4 manatdır. Ona görə də, mən onları toyuq ayaqları və bağazı ilə yemləmək məcburiyyətindəyəm. Ancaq onların qiyməti də artıb. Baxmayaraq ki, öz heyvanlarıma çox öyrəşmişəm, ancaq belə getsə, itimi kiməsə verməyə məcbur olacam”.  

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Nəzarəti Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli ANN.Az-a bildirib ki, iri və xırdabuynuzlu mal-qara Azərbaycana əsasən, Rusiya və Ukraynadan gətirilir.

Azərbaycana daxil olan ət idxalının həcmini öyrənmək üçün Azərbaycan Statistika Komitəsinə müracət etsək də, suallarımıza cavab ala bilmədik.

Vüsal Əzizov
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol