Mədət Quliyev: "Qara bazar"la bağlı cinayət işi qaldırılıb"

"Qara valyuta bazarı" ilə bağlı cinayət işi qaldırılıb, saxlanılanlar var.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
M.Quliyev qeyd edib ki, bununla əlaqədar bu gün cinayət işi aparılır:
"Müəyyən şəxslər artıq saxlanılıb, müəyyən şəxslərin adı həmin cinayət işində keçir".
General-leytenant əlavə edib ki, bu istiqamətdə qətiyyətli addımlar atılır və atılacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























