Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərindən sonra bu gün istifadəyə verilib.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, yol bu gün səhər saatlarından istifadəyə verilib.
Xatırladaq ki, "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işləri ilə əlaqədar dekabrın 7-də iki həftəlik bağlanmışdı. Təmir işləri bir həftə ərzində yekunlaşdığından yol bu gün istifadəyə verilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























