• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə rəsmisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanından danışdı

Türkiyə rəsmisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanından danışdı
15.12.2016 20:37
"Xəzərin Azərbaycan sahillərində salınan azad ticarət və xüsusi iqtisadi zona təkcə Azərbaycan üçün deyil, Türkiyə iqtisadiyyatı üçün də böyük faydalar verəcək”.

ANN.Az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu bildirib.

XİN rəsmisi deyib ki, hazırda Türkiyə sözügedən layihədə yaxından iştirak edən ölkələrdən biridir.

Onun sözlərinə görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxın illərdə Dubayda olduğu kimi, regionun nəhəng azad ticarət zonasına çevriləcək:

"Son illər Azərbaycanda müasir və qlobal infrastruktur layihələri həyata keçirilir. Bu layihələrdən bəzilərində Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Yaxın vaxtlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi də Azərbaycan ilə Türkiyə qardaşlığının birgə işidir. Bu baxımdan, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrini daha da artıracaq. Digər tərəfdən isə bu beynəlxalq layihə Türkiyənin Orta Asiya və Rusiya bazarına çıxışı üçün sərfəli imkanlar yaradır. Təbii ki, Türkiyə bu cür layihələrə hər zaman dəstək verəcək”.

Hüseyn Müftüoğlu qeyd edib ki, Azərbaycanda gedən inkişaf qardaş ölkə olaraq, Türkiyəni hər zaman sevindirir:

"Biz Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi hesab edirik. Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və nəhəng layihələr onu deməyə əsas verir ki, paytaxt Bakı yaxın gələcəkdə dünyanın ən müasir şəhərləri ilə rəqabət aparacaq”.

Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində salınan azad ticarət zonası tipli xüsusi iqtisadi zona 2017-ci ildən etibarən tam fəaliyyətə başlaya bilər. Bakı limanındakı sözügedən iqtisadi zonanın yaxın gələcəkdə Dubay, Honkonq, Şanxay və Sinqapur kimi dünyanın nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcəyi nəzərdə tutulub.

Bu istiqamətdə lazımi addımlar atılması üçün Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam da imzalanıb. Bu sərəncam Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoyub, bu işə təkan verib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol