• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü qasırğa qəza yerində xilasetmə işlərini çətinləşdirib - AÇIQLAMA

Güclü qasırğa qəza yerində xilasetmə işlərini çətinləşdirib - AÇIQLAMA
15.12.2016 12:04
"Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində "Azneft” İB-nin N. Nərimanov adına Neft-QazÇıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi barədə məlumat "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb".
 
ANN.Az xəbər verir ki, bu barədə APA-ya "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlanılaraq, hadisə yerinə tələb olunan gəmilər mobilizasiya olunub. 
 
Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin "Lənkəran”, "Vadim Seyidov” "Gültəkin Əsgərova”, "Aura”, "Qaradağ-8”, "Qaradağ-4”, "Ramiz Hacıyev”, "Avior”,  AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan "Vixr-5” və "Vixr-8” gəmiləri dərhal hadisə yerinə səfərbər edilib.
 
Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının "Xudafərin”,  AXDG-BUE Caspian Alyansının "Caspian Pride” və  "Caspian Provider” gəmiləri də cəlb olunub.
 
Hadisə ilə əlaqədar "AXDG” QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq,  xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.
 
Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını çətinləşdirib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol