• $
  • €
  • ₽
  • ₺
  • £

“FED-in qərarından sonra Mərkəzi Bank etiraf etdi ki...” - EKSPERT

“FED-in qərarından sonra Mərkəzi Bank etiraf etdi ki...” - EKSPERT
15.12.2016 16:40
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) dünən keçirdiyi iclasda dolların uçot dərəcəsini 0.25% artıraraq 0.75% səviyyəsinə çatdırıb.

Qərarın qəbul edilməsi dollar valyutasının daha da möhkəmlənməsinə səbəb olub. FED-in qəbul etdiyi qərardan sonra Azərbaycan Mərkəzi Bankı (AMB) mətbuata açıqlamasında qeyd edib ki, dolların uçot dərəcəsinin artırılmasının manatın məzənnəsinə birbaşa təsiri yoxdur: 

"FED-in faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə irihəcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığına görə, FED-in son qərarının təsirilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur", - deyə AMB-dən bildirilib.

Mərkəzi Bankın açıqlamasını ANN.Az-a iqtisadçı ekspertlər Natiq Cəfərli və Vüqar Bayramov şərh ediblər.

N.Cəfərlinin sözlərinə görə, əslində, AMB-nin açıqlamasında Azərbaycanda normal iqtisadiyyat olmadığına dair etiraf var:

Natiq Cəfərli - iqtisadçı ekspert

"Qiymətli kağızlar bazarı, valyuta birjası normal fəaliyyət göstərən iqtisadi institutlar olsa, təbii ki, FED-in qərarı dünyaya necə təsir edirsə, Azərbaycana da birbaşa təsir etməlidir. Ancaq bu, bizdə yoxdur. Normal iqtisadi institutları olan ölkələrə mütləq təsir göstərir. Azərbaycanda bu müəssisələrin (Qiymətli kağızlar bazarı, valyuta birjası və s.) olmadığını nəzərə alaraq, birbaşa təsiri olmamaq fikri ilə razıyam. Burada psixoloji təsirlər də var. Ancaq söhbət tək psixoloji təsirdən getmir, dolayı təsirlər də kifayət qədər yüksəkdir”.

"Bizim üçün əsas odur ki, iqtisadi tərəfdaş olduğumuz ölkələrin milli valyutalarının dəyərdən düşməsi prosesi sürətlənir. Bu baş verdikdə, istər-istəməz bizim ticarət dövriyyəmiz olduğu üçün (söhbət həm Rusiyadan, Türkiyədən, Gürcüstandan və digər orta Asiya ölkələrindən gedir) təsirini göstərir. Buna görə də, birbaşa təsir yoxdur. Lakin neft qiymətlərinə təsir var. Çünki son zamanlar OPEK və Rusiya sözlü müdaxilələrlə neftin qiymətinin xeyli yüksəltməyə (neftin qiyməti 55 dollara qədər artmışdı) nail olmuşdular. FED-in bu il və gələn il üç dəfə faiz artımı barədə qərarı neft qiymətlərinin kəskin bahalaşmasının da qarşısını aldı. Eyni zamanda, gələcəkdə hətta 50 dollardan da aşağı düşmə ehtimalını yüksəltdi. Bu nöqteyi nəzərdən, FED-in qərarının təbii ki, Azərbaycana təsirləri var”, - deyə N. Cəfərli əlavə edib.

İqtisadçı alim Vüqar Bayramov Mərkəzi Bankın manatı yenidən qorumaq üçün imkanlarının xeyli məhdudlaşdığını deyib: 

Vüqar Bayramov - iqtisadçı ekspert

"Neftin qiyməti aşağı düşməyə başlayanda Mərkəzi Bankın 16 milyard dollara yaxın valyuta ehtiyarları vardı. Hazırda bu rəqəm 4 milyard təşkil edir. Ötən illərlə müqayisədə, AMB valyuta ehtiyatlarını 75%-ni itirib. İnzibati metodalar indiki məqamda xeyli vəsait tələb edir. AMB-nin indiki məqamda məhz inzibati metodlarla məzənnəyə təsir etmək imkanları məhduddur. Çünki Mərkəzi Bank kifayət qədər vəsait və rezervə malik deyil ki, bazardakı mövqeyini uzun müddət qoruyub saxlaya bilsin”.

Vüqar Bayramovun sözlərinə görə, əgər Mərkəzi Bank FED-in qərarının bizə təsir etmədiyini deyirsə, deməli, AMB spesifik addımlar atmağı düşünmür:

"Hansı addımlar atacağını indidən demək mümkün deyil. Söhbət ondan gedir ki, FED-in qərarı Azərbaycan bazarına ötən illə müqayiqsədə daha çox təsir göstərir. Valyuta bazarında psixoloji təsirlərin olması çox vacibdir. Çünki bu, iqtisadi təsirlərin yaranmasına səbəb olur.  Mərkəzi Bank hələ FED dolların uçot dərəcəsini artırmamışdan əvvəl tədbirlər görməli idi ki, bu artım bazara ciddi təsir göstərməsin”.

Xatırladaq ki, FED sonuncu dəfə dolların uçot dərəcəsini ötən ilin dekabrın 16-da (illik 0-0,25%) artırmışdı. 

Orxan Aslanlı


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol