"Cənub Qaz Dəhlizi BTC qədər strateji layihədir"

"Cənub Qaz Dəhlizi BTC qədər strateji layihədir".
ANN.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn ABŞ-ın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfrasında deyib.
ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində səylərini davam etdirəcək: "Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda Avropada enerji və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. ABŞ bu layihəni BTC qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür".
İtaliyada Cənub Qaz Dəhlizinin həyata keçirilməsində yaranan problemə münasibət bildirən Hokstayn qeyd edib ki, bu, ambisiyalı və bir çox ölkələri əhatə edən layihədir:
"Ümumiyyətlə, belə çoxtərəfli layihələrin icrası zamanı müxtəlif mərhələlərdə yerli icmalar, siyasətçilər tərəfindən müəyyən çətinliklər yaradıla bilər. Əsas məsələ odur ki, birgə səylər və əməkdaşlıq şəraitində bu çətinlikləri aradan qaldıraq. Layihə tərəfdaşlarının iştirakı ilə konsorsium əsasında bu problemləri aşa bilərik”.
ABŞ-ın Transxəzər layihəsini dəstəkləməsi məsələsinə münasibət bildirən, A.Hokstayn bunu ABŞ üçün prioritet layihə kimi dəyərləndirib:
"Xəzər ətrafı ölkələr arasında müəyyən razılaşmalar ola bilər. Bu razılaşmalar əsasında neft və neft məhsullarının Avropaya çatdırılması mümkündür. Layihənin icrası qonşu ölkələrin razılaşmasından asılıdır".
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























