"ABŞ monopoliyanın əleyhinədir"

"ABŞ monopoliyanın əleyhinədir".
ANN.Az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
ABŞ rəsmisi çıxışı zamanı bildirib ki, Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarına çıxmasını arzu edir: "Bu, tezliklə mümkün ola bilər".
Xüsusi elçi həmçinin qeyd edib ki, ABŞ monopoliyanın əleyhinədir:
"Dünyanın hansısa yerində monopolist ölkə başqa ölkələrin bazarına təsir etməməlidir. ABŞ da monopoliyanın əleyhinədir. Alıcı bazara sərbəst daxil olub qiymət əsasında təchizatçını seçməlidir. ABŞ Cənub Qaz Dəhlizinə tam dəstək verir",- deyə A.Hokstayn vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























