"SOCAR Georgia": Sabah səhər bütün abonentlərin qaz təchizatı bərpa olunacaq

Ötən gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində baş verən qəzanın nəticələri aradan qaldırılıb.
ANN.Az xəbər verir ki, bu barədə "Report”a "SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib:
"Magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş verib. Qəza nəticəsində 49 min abonentin qaz təchizatı dayandırılıb. Artıq qəzanın nəticələri aradan qaldırılıb. Qazı mənzillərə vermədən öncə müəyyən xəbərdarlıqlar, maarifləndirmə məlumatları verilməlidir. Yalnız bu məlumatlardan sonra mənzillər qazla təmin olunur”.
Onun sözlərinə görə, bu gün axşam saatlarınadək 34 min abonentin qaz təchizatı bərpa ediləcək.
M.Məmmədov qeyd edib ki, gecə saatlarında mənzillərə qaz verilişinin bərpası təhlükəli olduğundan, sabah səhər digər 15 min abonentin qaz təchizatı da bərpa olunacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























