• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis avtomobillərin parklanma məsələsini nəzarətə götürdü

Milli Məclis avtomobillərin parklanma məsələsini nəzarətə götürdü
16.12.2016 14:59
"Son dövrlərdə dövlətimiz çoxlu sayda yeraltı parklar tikib. Bakının tək mərkəzində avtomobili saxlamaq üçün yerlər var. Amma maşınlar niyə orada saxlanılmır? Səbəb budur: elə bir qiymət qoyulur ki, orada sadəcə siçanlar oynayır”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov "Yol hərəkəti haqqında” qanuna dəyişiklik məsələsi müzakirə edilərkən deyib. 

Deputat qeyd edib: 

"Onda bu nədən ötəri tikilib? Çünki hər saatına 1 manat pul istəyirlər. Əgər bir şəxs həmin əraziyə yaxın yerdə işləyirsə, hər həftə 40 manat pul ödəməlidir. Ay ərzində isə bu 200 manat pul edir. Bir vətəndaş avtomobilini saxlamağa görə, maaşının 30-40 faizini ödəməlidir. O da məcbur olur ki, qadağan olunmuş yerlərdə saxlasın. Nəticədə də dövlətin tikdiyi parklanma yerləri boş qalır. Ona görə də qiymətlər tənzimlənməlidir. Tarif Şurası hər şeyə baxır. Arada bir üzünü bu tərəfə də çevirsin, bir bura da baxsın. Bir qiymət müəyyənləşdirsin. 
Kim hansı qiymət istəyir, onu da qoyur. Hansı ticarət mərkəzi yaxşı işləyirsə, parklanmanın saatını 2 manat edir. Başqa birində isə zəifdirsə, 1 manat təyin edirlər. Kart vasitəsi ilə qeydiyyatdan keçəndən sonra ödənilən bütün vəsaitdən dövlətə vergi verilməldir. Hərə qoltuğuna bir parkomat vurur, gətirir, hara gəldi qoyur. Dövlətə də bir xeyri yoxdur, üstəgəl tıxac yaradır”.

Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanuna dəyişikliklayihəsi səsə qoyularaq qəbul edilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol