• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti büdcəyə necə təsir edəcək? - AÇIQLAMALAR

Neftin qiyməti büdcəyə necə təsir edəcək? - AÇIQLAMALAR
16.12.2016 17:40
Bu gün Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin layihəsi təsdiqlənib. 

Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 dollar/barrel səviyyəsində nəzərdə tutulduğunu deyib. 

Neftin dünya bazarında ucuzlaşmasını nəzərə alsaq, büdcə gəlirlərində neftin ixrac qiymətinin 40 dollardan hesablanması Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək? 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev hesab edir ki, 2017-ci ilin dövlət büdcəsində 40 dollardan hesablanan neftin qiyməti gələn il yenidən dəyişməyəcək:

 
"Düşünürəm ki, neftin qiyməti ilə bağlı gələn ilin büdcəsinə yenidən dəyişilik edilməyəcək. Ona görə ki, neftin 40 dollardan hesablanması proqressiv qiymətdir. Yəni neftin qiymətinin 40 dollardan baha olma ehtimalı var, amma ucuzlaşma yox. Proqnozlarda göstərir ki, növbəti illər üçün neftin qiyməti 55-60 dollar civarında dəyişəcək”.   

"İqtisadi amillləri nəzərə alsaq, bir çox səbəb neftin qiymətini yenidən dəyişə bilər. Yanvarın 20-dən Donald Tramp ABŞ-da rəsmi olaraq prezident olacaq. Və o seçkiqabağı çıxışı zamanı bildirmişdi ki, ABŞ-ın bütün imkanlarını (neft, qaz və digər sahələr) ticarət əlaqələri üçün açacam. Bu qərar neftin qiymətinə mütləq şəkildə öz təsirini göstərəcək”,- deyə deputat əlavə edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANN.Az-a açıqlamasında bildirib ki, gələn il çox güman ki, neftin qiymətinin 50 dollardan aşağı olmayacaq:

"Gələn il Azərbaycanda neft həcmlərinin kifayət qədər azaldılması planlaşdırılır. Hökumətin proqnozuna görə, orta hesabla, 30 min barrel neftin qiymətin ucuzlaşacaq. Onun cari ildəki gəlirləri səviyyəsində olması üçün neftin qiymətinin təqribən 25 faiz artması lazımdır. Bu səbəbdən də, ehtimal etmirəm ki, gələn ilin büdcəsində neftin qiymətilə bağlı dəyişikliklər olsun”. 

 
 
Gələn il üçün Azərbaycan iqtisadiyyatında hansı dəyişiklərin olması məsələsinə gəlincə, iqtisadçı əlavə edib ki, tək neftdən gələn gəlirlərə baxmaq düzgün olmazdı:

"İqtisadiyyatın digər sahələri - Vergilər Nazirliyi, Gömrük Komitəsi və digər sahələr - verilən planları, tapşırıqları lazımi qədər yerinə yetirə biləcəklərmi? Dünyada hər şey biznesin inkişafı hesabına həll edilir. Bizdə isə biznesin inkişafını görmək üçün xeyli vaxt lazımdır. Bu inkişaf 1-2 ilin nəticəsi ola bilməz. Əvvəlcə, bu sahə inkişaf etdirilməlidir”, -mdeyə İ. Şaban qeyd edib. 

Xatırladaq ki, ötən ilin büdcə gəlirlərində neftin ixrac qiyməti əvvəlcə 50 dollar/barrel səviyyəsində müəyyən edilsə də, dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbidən, 2016-ci ilin yenilənmiş dövlət büdcəsinin layihəsində neftin bir barrelinin baza qiyməti 25 dollardan hesablanmışdı. 

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol