• $
  • €
  • ₽
  • ₺
  • £

Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılacaq

Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılacaq
16.12.2016 17:47
Ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək.
 
Bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.
 
Komissiya üzvləri Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət ola bilər. Komissiya üzvlərinin ən azı rübdə bir dəfə görüşlər keçirməsi, ərzaq təhlükəsizliyi üzrə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən dəyişiklikləri müzakirə etməsi və zəruri hallarda qabaqlayıcı tədbirlər hazırlaması planlaşdırılır.
 
Komissiya tərəfindən, ilk növbədə, ərzaq təhlükəsizliyi sahəsində islahatlarla bağlı bu Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə dair fəaliyyət planının hazırlanması gözlənilir. //APA

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol