Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək

Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: "Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq".
Nazir deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























