• $
  • €
  • ₽
  • ₺
  • £

TPAO Azərbaycana yatırdığı investisiyanın həcmini açıqladı

TPAO Azərbaycana yatırdığı investisiyanın həcmini açıqladı
19.12.2016 14:32
"Türk Petrolleri A.O." (TPAO) xarici investisiyalarını azaltmağı qarşısına məqsəd qoyub.
 
"APA-Economics" xəbər verir ki, bunu TPAO-nun baş direktoru Besim Şişman bildirib.
 
Onun sözlərinə görə, TPAO ölkə xaricində ən çox investisiya yatıran türk şirkətidir.
 
"Neftin sürətlə ucuzlaşması səbəbindən bütün şirkətlər kimi, biz də qənaət rejiminə keçdik. Düzdür, yatırımlarımız davamlıdır. Lakin əlavə layihələrə yatırdığımız investisiyaların həcmini azaltdıq. Ölkədaxili investisiyalarda azaltmadan söz gedə bilməz", - deyə B. Şişman qeyd edib.
 
Xarici investisiyalara toxunan baş direktor qeyd edib ki, Liviyada baş verən hadisələr səbəbindən şirkət bu ölkədəki layihələrin "üzərindən xətt çəkib": "Liviyada kiçik bir nümayəndəliyimiz var, onu da bağlamaq üzrəyik".
 
Onun sözlərinə görə, TPAO Azərbaycandakı layihələrə 10 mlrd. dollar həcmində investisiya yatırıb. "Bunlar ən gəlirli layihələrdir", - deyə baş direktor əlavə edib.
 
Şirkət rəhbəri onu da qeyd edib ki, neftin 1  barrelinin qiyməti 60 dolları keçərsə, bu, "hər kəsi rahatlaşdıracaq".
 
Qeyd edək ki, TPAO Azərbaycanı Gürcüstanla birləşdirən "Cənubi Qafqaz Boru Kəməri"nin 7 səhmdarından biridir. Türkiyə şirkəti layihədə 19%-lik paya malikdir. Bundan başqa, TPAO Azəri-Çıraq-Günəşli (AÇG) layihəsində 6,8%-ə, Bakı-Tbilisi-Ceyhan layihəsinin 6,53%-ə, "Şahdəniz" layihəsində 19% pay sahibidir.
Sosial səhifələrdə pa

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol