Bu gün Janet Yellenin çıxışı olacaq

Dünya birjalarında Avro/dollar və Funt/dollar cütlüklərinin qiymətlərində sürətli eniş fonunda qismən korreksiyanın şahidi oluruq. Eyni zamanda, bu gün Janet Yellenin çıxışından əlavə, cümə axşamı və cümə günü önəmli fundamental göstəricilərin dərc ediləcəyi gözlənilir.
EUR/USD məzənnəsi keçən həftə 1.0367$-a kimi ucuzlaşdıqdan sonra 1.0473$-dək bahalaşıb. Lakin məzənnə yenidən ucuzlaşaraq keçən həftənin minimum səviyyəsi altında qalarsa, 1.0106$-a kimi də ucuzlaşa bilər.
GBP/USD məzənnəsi isə 1.2375$-a kimi ucuzlaşdıqdan sonra 1.2509$-dək korreksiya edib. Qiymət yenidən ucuzlaşaraq 1.2375$-ın altında qalarsa, eniş trendini 1.2292$-a kimi də davam etdirə bilər.
Bu həftənin cümə axşamı və cümə günləri Amerikanın və Böyük Britaniyanın 3-cü rüb üzrə iqtisadi inkişaf səviyyələrinin yekun hesablanmaları dərc ediləcək. Bu gün Bakı vaxtı ilə saat 22:30-da isə Amerika Mərkəzi Bankının sədri Janet Yellenin çıxışı gözlənilir.
Mənbə: InvestAZ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























