Ukraynanın ən böyük bankı iflas etdi

Ukraynanın ən böyük bankı ifas edib.
"Marja" xəbər verir ki, 5,65 milyard dollar kapital kəsirini yerinə yetirməyən banka dövlət əl qoyub. 2013-cü ilin yazında baş verən Krım hadisələrindən sonra Ukraynanın pul vahidi qrivna dollar qarşısında kəskin dəyərdən düşmüşdür. Ukrayna Mərkəzi Bankı, ölkənin ən böyük bankı olan "Privatbank"ın iflas etdiyini və dövlətin banka əl qoyaraq 20 milyon əmanətçinin pulunu təminat altına alacağını açıqlayıb. Ukrayna Mərkəzi Bankı yazılı açıqlamasında, "Privatbank"ın kapitallaşma proqramının tələblərini yerinə yetirmədiyini və verdiyi şirkət kreditlərin 97%-inin səhmdarları əlaqəli şirkətlərə verildiyini bildirib. Dekabr ayının əvvəlinə bankının kapital kəsiri 148 milayr qrivnia (5.65 milyard dollar) təşkil edib. Mərkəzi Bank, "Əmanətçilərin pulunu qorumağın və maliyyə sistemini xilas etməyin yeganə yolunun bankı dövlətin mülkiyyətinə keçirmək olduğuna əminik" bəyan edib
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























