• $
  • €
  • ₽
  • ₺
  • £

212 dərmanın idxalına qadağa qoyuldu - Azərbaycanda

212 dərmanın idxalına qadağa qoyuldu - Azərbaycanda
20.12.2016 11:50
"İl ərzində Səhiyyə Nazirliyinin Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə 27000-dən çox seriyada dərman vasitəsinin idxalı üçün müraciətlər olub. Onlardan 23000-dən çoxu ilə bağlı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkarlanmayıb,  onların idxalına icazə verilib”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyli bu gün keçirilən mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, 4000-ə yaxın dərman vasitəsi ilə bağlı müəyyən uyğunsuzluqlar müəyyənləşib. Bunun qeydiyyat, içlik vərəqəsi və qablaşdırılma ilə əlaqədar olduğunu deyən P. Əzizbəyli vurğulayıb ki, 3000-dən çox dərman vasitəsinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb. O qeyd edib ki, bu il Azərbaycana 212 dərman vasitəsinin idxalına qadağa qoyulub, qalanları isə hazırda araşdırma mərhələsindədir.
 
Şöbə müdirinin müavini bildirib ki, dərman vasitələrinin qeydiyyat-ekspertiza şöbəsi tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na müvafiq olaraq dərman vasitələrinin ilkin və ixtisaslaşdırılmış ekspertizasının aparılması üçün müraciət edən şəxslərlə müqavilələr bağlanıb:
 
"Şöbədə il ərzində 400-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb. Dərman vasitələrinin təlimatlarının təsdiqlənməsi prosedurunun sürətləndirilməsi üçün tərəfimizdən tərcümə xidmətinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. Təşəbbüsü Səhiyyə Nazirliyi müsbət qiymətləndirilib, tərcümə xidmətlərinə dair tariflər təsdiq olunub”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol