Türkiyə Mərkəzi Bankı qərarını açıqladı: Lirə ucuzlaşacaqmı?

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün, dekabrın 20-də keçirdiyi növbəti pul siyasəti iclasında uçot dərəcəsi kimi qəbul edilən 7 günlük REPO əməliyyatları üzrə faiz dərəcəsini dəyişdirməyib.
ANN.Az "Report”a istinadən xəbər verir ki, bununla da faiz dəhlizinin üst həddi, yəni 1 günlük marjinal maliyyələşdirmə faizi 8,5%, 1 günlük borclanma faizi, yəni faiz dəhlizinin aşağı həddi isə 7,25% olaraq təsdiq edilib. Bununla yanaşı, uçot dərəcəsi 8% səviyyəsində saxlanılıb.
"Report”un analitik qrupu bildirir ki, TCMB-nin qərarı Türkiyədə dolların məzənnəsinin aşağı düşməsinə mane olacaq. Belə ki, əksər analitiklər faizlərin artırılaraq türk lirəsinə marağın yüksəldiləcəyini və dolların məzənnəsinin düşəcəyini ehtimal edirdilər.
Xatırladaq ki, TCMB gələn ildən pul siyasəti iclaslarının sayını 12-dən 8-ə endirəcək. Növbəti iclasın keçirilmə tarixi ilə bağlı isə hələ qərar verilməyib. Analitik qrup Türkiyədə dolların məzənnəsinin bu qərardan sonra uzunmüddətli perspektiv üçün 3,50 TRY/USD səviyyəsindən aşağı düşəcəyi proqnozlaşdırılmır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























