Avronun məzənnəsi 14 illik minimuma enib

Avronun dollarla müqayisədə məzənnəsi son 14 ilin minimal həddinə enib.
"Report" xəbər verir ki, bu gün avro/dollar cütlüyünün məzənnəsi 1,0352 USD/EUR səviyyəsinə qədər geriləyib.
Geriləməyə səbəb ABŞ iqtisadiyaytından gələn müsbət xəbərlər, Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması və 2017-ci ildə bu tendensiyanı daha sürətlə davam etdirməsi barədə işarə verməsi, Avropa İttifaqı (Aİ) iqtisadiyyatından gələn zəif göstəricilər və Aİ ölkələrində iqtisadi-siyasi problemlər göstərilir.
"Report"un analitik qrupu yaxın günlərdə avro ilə dolların bərabərləşəcəyini ehtimal edir: "Hətta 2017-ci ilin ilk yarısında dolların avrodan daha güclü olması istisna edilmir. Dolların güclənməsinin inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir göstərəcəyi proqnozlaşdırılır".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























