AccessBank kapitalını artırmaq qərarını verdi

Dekabrın 14-də AccessBank-ın səhmdarları Bankın nizamnamə kapitalının artırılması haqqında qərar qəbul edib.
Bankdan ANN.Az-a verilən məlumata görə, bu addımın atılmasında əsas məqsəd dəyişkən iqtisadi şəraitdə yaranan yeni çağırışlar zəminində bankın sabit dayanıqlılığının təmin edilməsi üçün əlavə kapital ehtiyatlarının yaradılmasıdır. Kapitalın artırılması üzrə işlərin standart sənədləşmə prosesi çərçivəsində yekunlaşması gözlənilir.
Səhmdarların kapitalın artırılması ilə bağlı qərarı, AccessBank-ın bazarda mikro, orta və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyinin qorunub saxlanmasını təmin etmək niyyətini nümayiş etdirir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























