• $
  • €
  • ₽
  • ₺
  • £

Türkdilli Ölkələrin İqtisadi İttifaqı yaradıla bilər

Türkdilli Ölkələrin İqtisadi İttifaqı yaradıla bilər
21.12.2016 17:01
Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi ittifaq yaratmaq, azad ticarət rejiminə keçmək və gömrük güzəştlərini artırmaq lazımdır.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin altıncı iclası çərçivəsində jurnalistlərə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Nazirin sözlərinə görə, türkdilli ölkələr arasında iqtisadi əlaqələr mövcud potensiala cavab vermir.

N. Zeybekçi deyib: "Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin əhalisinin sayı 115 milyondur. Bu ölkələrin milli gəlirinin ümumi həcmi 1,2 trilyon dollar təşkil edir. Türkdilli ölkələrin xarici ticarət dövriyyəsinin ümumi həcminin 600 milyard dollara bərabər olmasına baxmayaraq, bu ölkələr arasındakı qarşılıqlı ticarət həcmi bu gün yalnız 2 faiz təşkil edir. Biz bu göstəricini 5-10 faiz həddinə çatdırmalıyıq.”

Türkiyəli nazir qeyd edib ki, əgər türkdilli dövlətlər iqtisadi münasibətləri möhkəmləndirsələr, siyasi və digər sahələrdə də əlaqələr genişlənəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol