• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir işsizlərə veriləcək sığorta pulundan danışdı – TARİFLƏR

Nazir işsizlərə veriləcək sığorta pulundan danışdı – TARİFLƏR
22.12.2016 16:28
"İlk növbədə bildirim ki, beynəlxalq təcrübədə işsizlikdən sığorta sistemi onun mahiyyətinə uyğun olaraq əslində sosial müdafiə sisteminin əhatə etdiyi tədbirlərdən biri kimi qəbul olunur.

Bu sistem əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bu fəaliyyət nəticəsində əldə etdikləri gəlirlərin sosial risklər nəticəsində itirilməsi hallarında həmin gəlirlərin kompensasiya olunmasına xidmət edir.

"İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Türkiyə, ABŞ, Yaponiya, Almaniya, Estoniya, Fransa, İtaliya, Ukrayna və başqa dövlətlərin təcrübəsi diqqətlə öyrənilməklə, bu sahədə ən mütərəqqi prinsiplər əsas götürülməklə hazırlanıb”.

ANN.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

"Eyni zamanda, işsizlikdən icbari sığorta üzrə tariflər dünyada tətbiq olunan müvafiq tariflər üzrə ən aşağı səviyyədə, yəni sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığorta olunanlar üçün əməkhaqqının və qanunvericilikdə müəyyən olunmuş qaydada əmək müqaviləsinə xitam verildikdə işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi məbləğində, yəni cəmi 1 faiz miqdarında müəyyən edilib.

Bu sığorta tarifləri hazırda mövcud olan vahid sığorta haqqına daxil deyildir. Sığorta ödənişi həyata keçirilmiş işçi işsiz qaldığı təqdirdə, ona sığorta ödənişinin verilmə müddəti ilk dəfə müraciət zamanı 6 aydan, təkrar müraciət zamanı isə 3 aydan artıq olmayaraq nəzərdə tutulur. 

Belə bir sistemin qurulması ölkəmizdə həm işsizlərin sosial müdafiəsinin güclənməsində, həm də daha səmərəli və çevik aktiv əmək bazarı siyasətinin icrasında uğurlu bir addım olacaqdır”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol