• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə "yaşıl market" yaradılacaq

Gəncədə "yaşıl market" yaradılacaq
22.12.2016 16:40
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bu gün bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Gəncə şəhərində keçirilib.

150-ə yaxın sahibkarın iştirak etdiyi forumda Gəncə şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan istixana təsərrüfatlarının, plastik qapı-pəncərə, süni üzlüklər və dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, sabun istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək Fondun vəsaitləri hesabına Gəncə şəhərində sahibkarlıq subyektlərinin 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 39 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 228 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 7,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqropark kompleksinin yaradılması, heyvandarlıq, un məmulatları, mərmər, şüşə, plastik qapı-pəncərə istehsalı, tərəvəzçilik, turizm sahərinin inkişafına yönəldiləcək və 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Tədbir çərçivəsində həmçinin, dövlətin güzəştli krediti hesabına Gəncə şəhərində yaradılan ixtisaslaşdırılmış "yaşıl market” kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Ümumilikdə indiyədək dövlətin güzəştli kreditləri hesabına 4 ixtisaslaşdırılmış "yaşıl market”in yaradılmasına 15,7 milyon manat güzəştli kredit verilib.
 
Kamil ƏMİRLİ

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol