Azərbaycan və Polşa xam neftin daşınması ilə bağlı razılığa gəldi

Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
ANN.Az xəbər verir ki, Polşa səfirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri Sarmatiya layihəsi üzrə polşalı tərəfdaşları ilə uğurlu danışıqlar aparıblar.
Belə ki, "SOCAR Trading” ilə Polşanın neft şirkəti olan "Lotos” arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıqlar əldə edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























