Metrodan istifadə edənlər, DİQQƏT

Bu gün Bakı Metropoliteninin "Xətai” stansiyasının 2014-cü ilin sonlarından təmirə bağlanan birinci yolu istifadəyə verilib.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, artıq "Cəfər Cabbarlı” – "Xətai” stansiyaları arasındakı ikinci yolun təmirinə başlanılıb:
"Hazırda həmin yol təmirə bağlıdır. Təmir işləri təxminən, bir il müddətinə davam edəcək. Gələn il ikinci yol da yenidən istifadəyə veriləcək”.
"Xətai” stansiyasının əhəmiyyətindən danışan qurumun sözçüsü xatırladıb ki, "Yaşıl xətt”in davamı olaraq "Xətai”dən "Həzi Aslanov” stansiyasındək Nobel prospekti boyunca 3 yeni stansiyanın tikintisi nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























