Neft emalı zavodundan "Xətai" stansiyasına tunel çəkiləcək

"Bakının Nobel prospekti boyunca 3 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur ki, bunlardan biri "Ağ şəhər" ərazisinə, digəri isə neft emalı zavodunun qarşısına təsadüf edir".
Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
N. Paşayevin sözlərinə görə, şərti adı "Y-15" olan stansiyada hal-hazırda hazırlıq işlərinə başlanılıb:
"Orada tunel-qazıntı işlərinin aparılması üçün start kameranın tikintisi tam başa çatıb. Tunelqazma maşının quraşdırılması ilə bağlı işlər tam yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, yanvar ayından etibarən biz "Y-15", yəni neft emalı zavodunun qarşısından "Şah İsmayıl Xətai" metrostansiyası istiqamətinə doğru tunelin qazıntısına başlayacağıq. Daha sonra "Y-15" stansiyasından tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasına doğru tunellərin qazıntısına başlayacağıq. Gələcəkdə "Şah İsmayıl Xətai" stansiyasından "Həzi Aslanov-2" stansiyasına doğru bizim 3 stansiyamız olacaq, tunellərimiz fəaliyyət göstərəcək. "Həzi Aslanov-2" stansiyasından sonra isə Günəşli, Qaraçuxur daxil olmaqla dairəvi qaydada "Dərnəgül" xəttinə birləşdiriləcək". //APA
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























