• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni metro stansiyalarının inşası üçün hazırlıqlara başlanılıb

Bakıda yeni metro stansiyalarının inşası üçün hazırlıqlara başlanılıb
23.12.2016 17:36
Bakı şəhərinin Nobel prospekti boyunca yeni üç metro stansiyasının inşası nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər”, digəri neftayırma zavodunun qarşısı, üçüncüsü isə Nargilə dairəsi adlanan hissədə olacaq. Sonda bu xətt "Həzi Aslanov” stansiyasına ("Həzi Aslanov-2”) birləşdiriləcək.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. 

"Bakı metrosunun dairəvi olması nəzərdə tutulan "Yaşıl xətt”in davamı olaraq gələcəkdə "Xətai” metro stansiyasından "Həzi Aslanov” metro stansiyasına qədər yeni xətt çəkiləcək. Nobel prospekti boyunca yeni üç xəttin çəkilməsi nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər”, digəri neftayırma zavodunun qarşısı, üçüncüsü isə Nargilə dairəsi adlanan hissədə olacaq. Şərti adı "E-15” qeyd edilən ikinci stansiyada artıq hazırlıq işlərinə başlanılıb. 

Orada tunelqazma işlərinin həyata keçirilməsi üçün start kameranın tikintisi başa çatır, tunelqazma maşının quraşdırılması yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, "E15” stansiyasının qarşısından "Xətai” metro stansiyasına doğru tunellərin qazılmasına başlayacağıq. Daha sonra, "E 15”-dən tikilməkdə olan "Həzi Aslanov-2” stansiyasına doğru tunellərin qazıntısına başlanacaq. Gələcəkdə "Xətai”dən "Həzi Aslanov”a doğru 3 metro stansiyası olacaq”.

"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemində "Yaşıl xətt”in dairəvi olması nəzərdə tutulub. "Həzi Aslanov-22 stansiyası Günəşli, Qaraçuxur qəsəbələri, eyni zamanda dairəvi şəkildə "Koroğlu” və "Dərnəgül” metro stansiyalarına birləşdiriləcək. 

Bu, gələcək planlardır. Hazırda, ilkin mərhələdə əsas "Xətai” metro sstansiyasında sağlamlaşdırma işləri icra edib, tunel və stansiyaların tikintisinə başlamaqdır”, - deyə N.Paşayev əlavə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol